Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.

Leqal.info-nun xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.