Əziz Bakılılar və şəhərimizin qonaqları. Bu səs yəqin hərkəsə tanış gəldi. Söhbət bildiyimiz kimi Bakı metrosundan gedir.

Leqal.info sözügedən məsələ ilə bağlı dərc etdiyi məqalə ilə izləyicilərini məlumatlandırır.

Arzu edərdim ki, metromuzda gedən innovativ dəyişikliklər, misli görünməyən inkişaf haqqında danışım. Amma qorxuram sizi məyus etməli olacağam. Günü gündən əcnəbi, özününki, üçüncü dünya ölkəsi demədən artan Bakımızda sosyal partlayış hiss olunmaqdadır. Bu bir çox sahələr kimi metroya da, öz təsirini buraxıb. Necə eləcə, sadəcə səhər saat 7-dən ta ki 10-a kimi yaşanan sıxlıq Çin metrosunu xatırladır. Sanarsanki metronun içinə insan yox farş əti yığılır. Of uf səsləri metronu bürüyür. Sıxıntı, gərginlik, dolub daşmış əsəbdən hələ danışmıram. Bakının dərdi var Bakı xəstədir a dostlar.

Elnurə Fərhadqızı
Leqal.info