Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş başlayıb.

Leqal.info xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlər arasında təkbətək görüş başa çatıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb.

11:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

Leqal.info xəbər verir ki, nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.

Xatırladaq ki, S.Lavrovun Bakıya səfəri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev S.Lavrovu qəbul edib.