“Hazırda Bolqarıstan və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr var. Heydər Əliyev bu münasibətlərin güclənməsində rol oynayıb”.

Leqal.info xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

Stoyanov bildirib ki, Prezident olduğu dövrdə Heydər Əliyevin məqsədi Azərbaycanım mövcud problemlərini həll etməklə yanaşı, gələcək inkişaf üçün baza yaratmaq idi: "Onun gələcəklə bağlı fikirləri, zəngin təcrübəsi var idi. Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı, münaqişə dövründə meydana çıxan çətinliklərdən və təhlükələrdən ölkəni qurtardı”.


Leqal.info
Petar Stoyanov: “Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı”