Son zamanlarda ölkəmizdə taksi şirkətləri ilə bağlı saxtakarlıq halları artıb.

Bu dəfə diqqətinizə çatdırmaq istədiyimiz məsələ “Uber” taksi şirkətinin sürücülərinin etdiyi saxtakarlıqla bağlıdır.
Belə ki, “Uber” taksi şirkətinin sürücüləri sərnişinləri bir ünvandan digər bir ünvana apararkən naviqatorun göstərdiyi yolla deyil, başqa dolayı yollarla, tıxac olan yerlərdən hərəkət edərək süni qiymət artımına səbəb olurlar.
Bu kimi hallar digər sürücüləri də bu üsulu tətbiq etməyə təşviq edə bilər. Bu da saxtakarlıqların artmasına, xaosun yaranmasına gətirib çıxarır.
Bundan əlavə, süni qiymət artımı etmək sərnişinlərin bir növ sərnişinlərin hüquqlarını pozmaq deməkdir.
Bu kimi saxtakarlıq hallarını qətiyyətlə pisləyirik.

Leyla Kamil
Leqal.info