Son zamanlar paytaxtda ən çox müşahidə olunan hallardan biri brend çay evlərindəki süni qiymət artımı ilə bağlıdır.

Müşahidələr onu göstərir ki, brend çay evlərində verilən çayın qiyməti ilə adi çay evlərində verilən çayın qiyməti arasında kəskin fərq var.

Hal-hazırda satışda müxtəlif qiymətdə və çeşiddə çaylar var. Bütün çay evləri, demək olar ki, bir-birinə bənzər çay brendlərindən istifadə edir və onların qiymətləri az-çox eynilik təşkil edir. Bu səbəbdən brend çay evlərindəki süni qiymət artımını anlamaq olmur.

Ümid edirik ki, aidiyyatı orqanlar sözügedən məsələ ilə məşğul olub ölçü götürəcəklər.

Leyla Kamil
Leqal.info