Məlumdur ki, yay çimərlik mövsümüdür. Paytaxt və paytaxt ətrafı ərazilərdə yaşayan insanlar istirahət üçün adətən çimərliklərə üz tuturlar. Çimərliklərin əksəriyyəti isə ödənişli olur.

Çimərlik özəl bir müəssisəyə aiddirsə, onun ödənişli olması normal haldır. Lakin bəzi çimərliklərdə qiymətlər həddən artıq yuxarıdır. Bu çimərliklərdən biri də Novxanıda yerləşən “Local beach” çimərliyidir.

Sözügedən çimərlikdə giriş qiyməti 25 manatdır. Digər çimərliklərə nisbətən qiymət çox yuxarıdır. Əhalinin orta gəlir səviyyəsini nəzərə alsaq, bu qiymət artımı olduqca sünidir. Demək olar ki, eyni səviyyədə xidmətlətin təklif edildiyi çimərliklərdə bu dərəcədə yüksək qiymət başa düşülən deyil.

“Local beach” çimərliyi ilə bağlı sosial mediada da narazılıqlar artıb. Ümid edirik ki, çimərliyin rəhbərliyi bu narazılıqları dəyərləndirib süni qiymət artımı ilə bir tədbir görər.

Xidmətlər normal, süni olmayan qiymətlərlə təklif olunmalıdır ki, hər kəs yararlana bilsin.

Leyla Kamil
Leqal.info