Son günlərdə minik avtomobillərindən başqa, yük maşınları ilə bağlı da avtoşluq halları artıb.

Tez-tez magistral yollarda yük maşınlarının sürücülərinin həddindən artıq sürətlə sürdüyünün şahidi oluruq.

Belə ki, ötən gün belə bir anın şahidi olduq. "KamAz" markalı yük avtomobilinin sürücüsü magistral yolda çox sürətli bir şəkildə sürürdü.

Bu tip hallar həm sözügedən avtomobilinin sürücüsünün özü, həm də digər sürücülər üçün təhlükəli vəziyyət yaradır ki, bu da müxtəlif dərəcəli qəzalara səbəb olur.

Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən bu cür sürücülərə qarşı ciddi tədbirlər görülməsi üçün nəzarət gücləndiriləcək, müvafiq tədbirlər görüləcək.

Leyla Kamil
Leqal.info