"Leqal.info" xəbər verir ki, Əli Cahangirlinin tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğlu olduğu məlum olub. Bu barədə məlumatı mərhumun qardaşı Araz Cahangirli saytımıza təsdiq edib. O bildirib ki, hazırda ölümün səbəbi araşdırılır.
Qeyd edək ki, Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.