Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1395 vaksin vurulub.

“Leqal.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.

Bu gün neçə vaksin vurulub?