Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop koronavirusa yoluxub.

“Leqal.info” xəbər verir ki, bu barədə o, Tviter hesabında məlumat yayıb. Şentop bildirib ki, Covid-19 testinin nəticələri pozitiv çıxıb:

“Kovid testim müsbət çıxdığı üçün KKTC Parlament sədri cənab Zorlu Töre və onu müşayiət edən heyətlə keçirməyi planlaşdırdığımız görüşü telefonla gerçəkləşdirdik. İkitərəfli əlaqələrimizi, regional prosesləri və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik”.