"Leqal.info" nazirliyin təqdim etdiyi siyahıya əsasən xəbər verir ki, həmin şəxslər baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur.
H.Nəcəfzadə 11.10.1997, E.Omarov isə 10.07.2003-cü il təvəllüdlür. Onların hər ikisi Milli orduda xidmət edib.
Qeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini bəyan edib.
Allah rəhmət eləsin!