Anlaşılan odur ki, paytaxt sakinlərindən biri Yeni Günəşli qəsəbəsində D massivi 16-cı binada hökm sürən bu özbaşınalıqdan nəsibini almış olmalı ki, yaman yanıqlı nəql edirdi.

Leqal.info araşdırma apardığı mövzu ilə əlaqədar məqaləni sizlərə təqdim edir.

Dediyinə görə, binanın digər sakini R şərti adlı həci ünvanı ilə tanınan orta yaşlı bir kişi yavaş yavaş-yavaş, öyrəşdirə-öyrəşdirə ilk vaxtlar maşını saxlayırmış, sonra işlər məcradan çıxaraq daha da irəli gedib. Ssenari üzrə ardınca güya təbiəti qorumaq adı ilə balaca bağ kimi salıb, daha sonra gülləri qorumaq adı ilə salınan çəpər sonda xalqın malı olan mülkdə park zonasının yaradılması ilə sonuclanıb ki, zona nə zona sanki saray adamın lap baxdıqca baxası gəlir, amma mat və məəttəl ən çoxda həcinin bu kiçik biznes yolundakı sürətli yüksəlişinə. Həcidəki fərasətə baxe sağol həci.

Elnurə Fərhadqızı
Leqal.info