Bu dəfəki sayımızda söhbət heç də tarix deyil ya da uzun uzadı Messopatamiyadan danışmayacağam söhbət balaca, şirin, başı kabelli qəsəbə olan Yeni Günəşlidən gedir.

Leqal.info sözügedən mövzu ilə əlaqədar dərc etdiyi məqaləni izləyicilərə təqdim edir.

Bilmirəm qardaş bura hərbiləşdirilmiş zonadır, ya qapalı ərazidir nədir kabellər göydə dolaşır. Yox yox tam da eşitdiyiniz kimi dolaşır arada bir də bir-birinə dolanır, yüksək gərginlikli kabellərin sabah birisigün yüksək küləyin təsirilə düşüb yerdə maşına, insana körpəyə zərər vurmayacağının sözünü bizə kim verə bilər? ətraf mühiti qoruyaq deyib şüarlar bağırırıq bəs burada gərginliyə ilişib öləcək quşlar məgər təbiətin bəzəyi deyilmi? Yoxsa bunların niyyəti UFO-ları buraya mı cəlb etməkdir. Nə bilim vallah Allah axırımızı xeyir etsin.

Elvin Mahmudlu
Leqal.info