Bu dəfəki müsahibimiz Zabrat kənd sakini şərti adı ilə Məmmədov Məmməddir.

Leqal.info mövzu ilə əlaqədar sakinin müraciəti üzrə məqaləni ətraflı izləyicilərə təqdim edir.

O öz ərazilərindəki kanalizasiyanın yoxluğu məsələsindən tam zara gəlib. Redaksiyamıza qonaq olan sakinin gərginliyi baxışlarından aydın sezilirdi. Belə ki, avtomatlaşma əsrində bu cür problem heç də arzuolunan deyil. Sözügedən ərazi Zabrat 2 engels küçəsində öz mövcudiyyətini qoruyub saxlayır. Adətən aşağılamaq kimi çıxmasın bu cür mənzərəni ucqar dağ kəndlərində görməyə alışmışıq. Amma Zabratda nəcis maşınları hər evdən ayda bir dəfə nəcis toplayaraq başqa bir yerə təhvil verirlər. Haraya oradı da məlum deyil. Məsələ bir az ironik bir o qədər də dramatikdir. Bizdən demək aidiyyatı qurumlardan iaşə məsələ ilə bağlı önləm gözləyək görək. Necə deyərlər səbredən muradına çatar. Təki səbr daşımız çatlamasın.

Elvin Mahmudlu
Leqal.info