Məsələ patriotik deyil və ya hansısa qəhrəmanlıq movzusundan bəhs etməyəcəm. Bu dəfə canlı-canlı, qanlı-qanlı yığıldığı kimi də marketlərə doldurulub sonra bizim qanımıza cibimizə ziyan vuran təbiət neməti kartofdan bəhs edəcəyəm daha doğrusu kartofu bu hala gətirənlərə.

Leqal.info mövzu ilə əlaqədar ətraflı araşdırma apardığı məqalə ilə sizləri tanış edir.

Deməli keçən səfər xalxın kişiləri kimi dedim gedim bir marketdən bazarlıq edim xırdavat, şirniyyat dərkən növbə gəldi çatdı tərəvəzə çatdı çatmasına da, mənə birşey çatmadı kartofun üzərində nə az, nə də çox elə özü boyda palçıq (bəzi yerlərdə buna zımrıx da deyirlər). Dedim yəqin bu yeni il qabağı zarafatdır, yaxınlaşdım kassirə bir şokdan qurtulmamış kassir mənə ikinci şoku yaşatdı necə qayıdıb söylədi ki, bəli onun adı palçıqlı kartofdur deyim sizə alanı da az deyil. Bu ekonomiya dövründə, inflyasiya əsrində, iqtisadi böhran yaşadığımız bu günlərdə bunun adı millətlə onun haqqıyla oynamaq deyildə nədir. Gözəl bir deyim yadıma düşdü deyir utanmasan oynamağa nə var ki? Sitatın sonu...

Elvin Mahmudlu
Leqal.info