“Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması ilə bağlı səylərini davam etdirməyə hazırdır”.

“Leqal.info” xəbər verir ki, bunu Moskva Patriarxiyasının xarici kilsələrlə əlaqələr şöbəsinin rəhbəri, Volokolamsk Mitropoliti Antoniy Sevryuk Rusiya mediasına müsahibəsində deyib.

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdük. Bir sıra məsələlərlə yanaşı, birlikdə nə edə biləcəyimiz barədə danışdıq. Vurğuladım ki, Rus Pravoslav Kilsəsi gələcəkdə də münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirak etməyə və vəziyyətin dinc məcraya geri dönməsi üçün Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə səy göstərməyə hazırdır”, - deyə Antoniy Sevryuk söyləyib.