“Leqal.info”nun məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisi bildirib.
"Ukrayna prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabra qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilir.
Qeyd edilir ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir. Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilmir.