İranda koronavirus epidemiyasından ölənlərin sayı artıb.

“Leqal.info” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, yoluxucu virusdan ölənlərin sayı 6-ya çatıb.

Ölkədə koronavirus daşıyıcılarının sayı isə daha 10 nəfər artaraq 28-ə yüksəlib.

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 2 300 nəfəri ötüb.