Leqal.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın ultimatuma məhəl qoymaması səbəbindən müxalif partiyalar tərəfdarlarını küçələrə çıxarmağa başlayıb.
“ARF Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan feysbuk hesabındakı videomüraciətində, Ermənistan vətəndaşlarını Nikol Paşinyanın istefa etməməsinə cavab olaraq ölkədə vətəndaş itaətsizliyinə başlamağa çağırıb.