Leqal.info xəbər verir ki, bu barədə “TASS”a Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
“Baş nazir Paşinyan atasının dəfn mərasimində iştirak edəcək, ona görə də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edə bilməyəcək. Görüşdə Ermənistan tərəfdən heç kim iştirak etməyəcək”, - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, 81 yaşlı Vova Paşinyan dekabrın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib.