Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.