"Leqal.info" "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ukrayna-Rusiya ətrafında baş verən gərginliyə münasibət bildirərkən deyib.
"Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir. Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir", - səfir vurğulayıb.