Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Onun sözlərinə görə, rəqib Ukrayna ərazisində hücum imkanını itirib: “O taktiki gedişlər edir. Ehtiyat qüvvələrini cəmləşdirməsi çətinləşib. Bizim raket qoşunumuz, artilleriya və aviasiyamız onlara dağıdıcı zərbə endirir. Biz Rusiyanın 3 həmlə qoşununu və 1 aviasiya qoşununu məhv etmişik. Rusiya 10 qoşunundan 4-ünü itirib”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin 15 minə yaxın canlı qüvvə itirdiyini bildirib. Rusiya isə 500-ə yaxın hərbçisini itirdiyini etiraf edib.
Xatırladaq ki, Rusiya Ukraynada fevralın 24-dən hərbi əməliyyat keçirir.