“Bəziləri düşünə bilər ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Afrika İttifaqı ölkələrindən çox uzaqdır. Lakin əhəmiyyətli dərəcədə artan ərzaq qiymətləri artıq milyonlarla afrikalı ailənin evinə çatıb”.

“Leqal.info” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Afrika İttifaqına müraciətində bildirib.

O qeyd edib ki, bu vəziyyət dünyada hər şeyin necə bir-birinə bağlı olduğunu nümayiş etdirir.

“Avropadakı bir müharibə, yəni Rusiyanın torpaqlarımızı ələ keçirmək cəhdi hər yerdə qida əldə etməklə bağlı vəziyyətin pisləşməsinə və aclıq təhlükəsinin artmasına səbəb olub”, - V.Zelenski vurğulayıb.

Leqal.info