Rusiya hələ Ukraynada ciddi heç nəyə başlamayıb.

Leqal.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Qərb dövlətləri bilməlidir ki, Rusiyanın xüsusi hərbi əməliyyatında ilk başdan uduzublar.
Biz hələ Ukraynada ciddi nəsə etməmişik. Bunu hər kəs bilməlidir. Amma bu gün bizə eşitdirirlər ki, döyüş meydanında bizə qalib gəlmək istəyirlər. Nə deyim, qoy sınasınlar. Biz dəfələrlə eşitmişik ki, Qərb bizimlə sonuncu ukraynalı qalana qədər mübarizə aparmaq istəyir.
Bu Ukrayna xalqı üçün faciədir. Amma görünür ki, hər şey bu faciəyə doğru da gedir", - deyə o, Dövlət Dumasının rəhbərləri ilə müşavirəsində deyib.
Putin bir daha təkrar edib ki, Rusiya sülh danışıqlarından imtina etmir və yayınmır.