Ukrayna Prezidenti Volodimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.

Leqal.info xəbər verir ki, Dövlət başçısı feysbuk səhifəsində təbrik videosu paylaşıb.

“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, – Ukrayna lideri bildirib.

V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.

O, təbrikini Slave Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.