Cənubi Afrikanın Yohannesburq şəhərində əyləncə məkanına silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.

“Leqal.info” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Yohannesburq polisi məlumat yayıb.

Polisdən verilən açıqlamada Soveto rayonunda baş verən hadisədə 14 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilib.

Hadisə yerində araşdırmaların davam etdiyi paylaşılıb.