Böyük Britaniyanın ticarət siyasəti üzrə kiçik naziri Penni Mordont Mühafizəkarlar Partiyasının lideri və Britaniyanın Baş naziri postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.

“Leqal.info” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Rəhbərliyimiz dəyişməlidir. O liderə daha az, ölkəyə isə daha çox diqqət yetirməlidir”, - deyə Mordont bəyan edib.

Beləliklə, nazir Britaniya hökumətində liderlik yarışına qatılan 9-cu namizəd olacaq.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak, eləcə də Britaniya Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat da hakim Mühafizəkarlar Partiyasının lideri və Baş nazir postuna namizədliyini irəli sürüblər.