Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində yanğın başlayıb.

“Leqal.info” xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Bildirilib ki, güclü külək nəticəsində ətrafa yayılan yanğın nəzarətə alınıb.

Bölgəyə 1 təyyarə, 3 helikopter, 21 su çəni, 7 su tankeri, eləcə də 50 meşə işçisi cəlb edilib.

Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

***

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində başlayan yanğın söndürülüb.

“Leqal.info” xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.

Bildirilib ki, yanğın qısa zamanda söndürülsə də, 2 hektar əraziyə ziyan dəyib.