“Leqal.info” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar.
“Qeyd edilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda deyilir.
Həmçinin Paşinyan və Ərdoğan iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.