Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

Leqal.info-nun Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşının verdiyi məlumata görə, raket zərbələri nəticəsində şəhərdə bütöv bir yaşayış kompleksinin dağılması nəticəsində ölən sakinlərin sayı 30-a çatıb.

Son saatlarda xilasedicilərin dağıntılar arasında apardığı axtarışlar nəticəsində növbəti həlak olan sakinlərin nəşi aşkarlanıb.

Bildirilib ki, dağıntılar arasında axtarışlar davam edir və ölənlərin sayının artacağı istisna deyil.