Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

"Leqal.info" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məhkəmənin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Ona psixiatrik müayinə təyin olunub.

T.Yamaqaminin özünün hazırladığı tapançaların yoxlanılacağı və ekspertizadan keçiriləcəyi bildirilir.

Belə ki, T.Yamaqami odlu silah və onların istehsalı haqqında qanunları pozmaqda ittiham oluna bilər.

Qeyd edək ki, T.Yamaqaminin evində ümumilikdə 7 ədəd kustar üsulla hazırlanmış tapança aşkar edilib.