"Odla oynayanların sonu yaxşı olmayacaq. Çini təhqir edənlər cəzalandırılacaq”.

“Leqal.info” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi Kambocada keçirilən Cənub-Şərqi Asiya Dövlǝtlǝri Assosiasiyasının (ASEAN) toplantısı zamanı deyib.

Nazir çıxışında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini cəfəngiyyat adlandırıb və ABŞ-ı qondarma demokratiya adı altında ölkəsinin suverenliyini pozmaqda ittiham edib: “Bu tip davranışlar tək Çin beynəlxalq konsensusunu dəyişdirməyəcək”.