Çin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın qohumlarına qarşı sanksiyalar tətbiq edəcək.

“Leqal.info” xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, Pelosinin Tayvana səfəri ilə əlaqədardır.

Qeyd edək ki, bu həftə Pelosinin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Sinqapur, Malayziya və Koreya Respublikasına, həmçinin Tayvana səfər edib. Pelosinin Tayvana səfəri Çinin kəskin tənqidinə səbəb olub. Çin səfərin baş tutacağı təqdirdə bunun nəticəsiz keçməyəcəyi və sərt tədbirlər görüləcəyi barədə ABŞ-a dəfələrlə xəbərdarlıq edib.