"Leqal.info" xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin tviter səhifəsində dərc olunan Britaniya kəşfiyyatının hesabatında deyilir.
“Rusiya qüvvələri Ukraynanın əks-hücumunu gözləyərək və ya mümkün hücuma hazırlaşaraq cənubda cəmləşir. Rusiyanın hərbi yük maşınları, tankları, yedəkli artilleriya qurğuları və digər silahlardan ibarət uzun kolonlar Donbass bölgəsindən ayrılaraq cənub-qərbə doğru hərəkət edir. Həmçinin Melitopol, Berdyansk, Mariupoldan və Kerç körpüsündən keçməklə Rusiyanın materik hissəsindən Krım yarımadasına doğru hərəkət müşayiət olunub”, – məlumatda bildirilib.
800-1000 nəfərdən ibarət tabor-taktiki qrupları (TTQ) artıq Krıma yerləşdirilib və böyük ehtimalla, Xerson bölgəsində rus qoşunlarını dəstəkləmək üçün istifadə olunacaq. “Avqustun 2-də Krıma yeni TTQ yeridilib, həmçinin Şərqdəki qüvvələr qrupundan da TTQ cəlb olunur və kəşfiyyat məlumatlarına görə, onlar da yaxın günlərdə böyük ehtimalla Xerson bölgəsinə göndəriləcəklər”, – tviterdə qeyd olunub.