Küveyt altı ildən sonra İrana səfir təyin edib.

Bu barədə “Leqal.info” “Voice of America”ya istinadən xəbər verir.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avqustun 13-də Küveyt səfiri Badr Abdullah al-Munikhin etimadnaməsini qəbul edib.

Qeyd edək ki, Ər-Riyad Tehranla əlaqələri 2016-cı ilin yanvarında qırıb. Buna səbəb iranlı etirazçıların Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə daxil olmaq cəhdindən sonra olub. Etiraza səbəb isə Səudiyyə Ərəbistanının şiə din xadimini edam etməsi olub.