BMT-nin Baş katibi Antonio Quterreş Türkiyəyə taxıl koridorunda oynadığı mühüm rola görə təşəkkür edib.

“Leqal.info” xarici KİV-ə istinadən xəbər verir ki, Baş katib bu haqda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə birgə mətbuat konfransında danışıb.

“Taxıl sazişi çərçivəsində paket anlaşmasının digər hissəsi də sanksiyalardan kənar Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışıdır”, - Quterreş bildirib.