"Azərbaycan Xarici İşlər Nazirliyi taxıl ixracına dair imzalanan sazişi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır”.

"Leqal.info" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında paylaşım edilib.

Qeyd olunub ki, sözügedən sazişin imzalanması qlobal ərzaq təhlükəsizliyi üçün önəmli addımdır: “Biz bu sazişin tezliklə həyata keçirilməsini gözləyirik”.

Xatırladaq ki, dünən İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb.