Pakistanın Baş naziri Şahbaz Şərif bu ölkədə baş verən dağıdıcı daşqınlarla əlaqədar beynəlxalq ictimaiyyətdən yardım istəyib.

"Leqal.info" xəbər verir ki, hazırda pakistanlı xilasedicilər hələ də daşqınların baş verdiyi bir çox ərazilərə çata bilmirlər.

Ş.Şərif Pakistanda baş verən daşqınların 2010-cu ildəkindən daha dağıdıcı olduğunu vurğulayıb. Nəticədə 170 mindən çox evə ziyan dəyib, 150-yə yaxın körpü dağılıb.