Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

“Leqal.info” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.

Onun sözlərinə görə, seçkilər payızda təşkil olunacaq. Tokayev özü də seçkilərdə namizədliyini irəli sürəcək.

Tokayev, həmçinin prezident səlahiyyətinin 7 il müddətə yalnız 1 dəfə seçilməklə tətbiq edilməsini təklif edib.

Qeyd edək ki, Qazaxıstanda sonuncu dəfə prezident seçkiləri 2019-cu ildə baş tutub. Bu zaman Kasım-Jomart Tokayev səslərin 70,96%-ni toplayaraq Prezident seçilib. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.