Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək niyyətindədir.

“Leqal.info” “RBC”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Olaf Şolts Essen şəhərinin sakinləri ilə görüşündə açıqlayıb.

“Mən Moskvada Rusiya Prezidenti ilə uzun masa arxasında görüşmüşəm. Onunla bir neçə dəfə telefonla da danışmışam. Və dəqiqliklə deyirəm ki, bunu etməyə davam edəcəm”, - deyə Şolts söyləyib.

Onun sözlərinə görə, Putinlə sıx təmasdadır və qarşılıqlı fəaliyyətdən imtina etməyə hazırlaşmır.