Rusiya Prezidenti Vladimir Putin ölkənin İrandakı səfiri Levan Caqaryanı geri çağırıb.

Leqal.info Rusiya mediasına istinadən xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Rusiya liderinin digər sərəncamları ilə Aleksey Dedov ölkənin İrandakı, L.Caqaryan isə Rusiyanın Şri-Lankadakı yeni səfiri təyin edilib.