BMT-nin baş katibi Antoniu Quterreş dünya ölkələrini Pakistana köməyə çağırıb.

"Leqal.info" xəbər verir ki, baş katib Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin yardım göstərməsinin vacibliyini vurğulayıb.

Quterreş Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini vurğulayıb.

“Bu, ədalət məsələsidir”, – Quterreş deyib.