Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.

Leqal.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir hökumətin iclasında bildirib.

“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, - Nikol Paşinyan vurğulayıb.