"Tacikistan-Qırğızıstan sərhədində toqquşmalarla bağlı xəbərlərdən narahatıq".

"Leqal.info" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.

"Mülki əhalinin həyatı təhlükə altındadır və zərərçəkənlərə başsağlığımızı bildiririk. Biz hər iki tərəfi atəşkəsə hörmət etməyə və diplomatiya yolu ilə sakitliyi bərqərar etmək üçün səyləri artırmağa çağırırıq", - Prays deyib.

Qeyd edək ki, sentyabrın 14-də Tacikistan-Qırğızıstan sərhədində iki ölkənin hərbçiləri arasında növbəti silahlı qarşıdurma başlayıb. Hər iki tərəf bir-birini münaqişənin başlamasında, ağır hərbi texnika və silahlardan istifadə etməkdə ittiham edir.