“Almaniya təkbaşına Ukraynaya Qərb istehsalı olan tanklar göndərməyi planlaşdırmır”.

“Leqal.info” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib.

“Biz Almaniyanın təkbaşına hərəkət etməsini istəmirik və biz həmişə tərəfdaşlarımızla məsləhətləşərək belə qərarlar verəcəyik” deyə o, bildirib.

Sentyabrın əvvəlində də Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext bəyan etmişdi ki, Bundesverdə Ukraynaya göndəriləcək silahlar tükənib.