Leqal.info xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Regional müdafiə və təhlükəsizlik, həmçinin NATO mövzularının müzakirə edildiyi görüşdə H.Akar Türkiyənin mövqeyini bildirib. Nazir Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini də bəyan edib.
Stoltenberqin Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu da vurğuladığı, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür etdiyi məlum olub.