İranda silahlı şəxslər ziyarətgaha atəş açıblar.

Leqal.info xəbər verir ki, hadisə Şiraz şəhərində Şahçerağ məqbərəsində olub.

Nəticədə azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

İran mediası atəş açan şəxslərin sayının 3 olduğunu yazıb. Onlardan 2-si saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.