Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.


Leqal.info xəbər verir ki, bu barədə onun partiyasının üzvləri bildirib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

16:35
Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.

Leqal.info xarici mediaya istinadən xəbər verir ki, onun kimliyi hələ ki, açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, - hökumət başçısı tviterdə yazıb.

Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.
Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Leqal.info “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib.

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.